"Azərbaycan ordusu bu gün dünyanın ən güclü ordularından biridir" - EKSPERT BİLDİRDİ

"Azərbaycan ordusu bu gün dünyanın ən güclü ordularından biridir" - EKSPERT BİLDİRDİ

Azərbaycan ordusu bu gün dünyanın ən güclü ordularından biridir. Son illər dünyanın bir çox bölgələrində müharibə gedib. Misal olaraq Əfqanıstan, İraq, Suriya, İsrail-Fələstin, Rusiya-Ukrayna göstərmək olar. Bir çox bölgələrdə qaynar nöqtələr var, ancaq Azərbaycan ordusunun keçirdiyi əməliyyat qısa zamanda böyük nəticələr verdi. Bu barədə SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, 44 gündə ərazilərimiz işğaldan azad edilib, bir gün ərzində də antiterror tədbirləri uğurla keçirilib: “Bu cür uğuru ancaq qardaş Türkiyə Suriya ərazisində keçirdiyi “Barış Pınarı” və “Zeytin Dalı” əməliyyatlarında əldə edib. Bu, onu deməyə əsas verir ki, Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir. Xüsusilə, 44 günlük müharibədə həm klassik üsulla Şuşa azad edildi, həm də müasir texnologiyadan istifadə edildi. Bu müharibədə xüsusi təyinatlı qüvvələrin rolu artdı. Bunlar müharibəyə baxışı dəyişdi, hazırda ABŞ, Britaniya hərbi akademiyalarında öyrənilir”.

Ekspert bildirib ki, Azərbaycan ordusu bütün relyef şəraitlərinə, fəsillərə uyğun olaraq fəaliyyət göstərir: “Ali Baş Komandan İlham Əliyev hər il orduya ayrılan vəsaiti artırır. Hərbçilərin əməkhaqqları artırılır, mənzil şəraiti yaxşılaşdırılır, azad edilmiş ərazilərdə yeni hərbi hissələr tikilir, hərbi infrstruktur qurulur, hərbçilərin mənzil şəraiti yaxşılaşdırılır, yeni kazarmalar və hərbi hospitallar tikilir. Bütün ordunun silahlanması və saxlanması istiqamətində lazımlı atılır. Ulu Öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu siyasətini cənab prezident davam etdirir. Azərbaycan ordusu biur çox istiqamətlər üzrə peşəkar ordu sisteminə keçib, qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə