“Hər bir dövlət qurumunun üzərinə mühüm vəzifələr düşür” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycanda vətəndaşların təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu mənada daim işlər aparılır. Çünki təhlükəsizlik rifahın və sabitliyin təminatçısıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, ictimai münasibətlərdə, məişət məsələlərində hüququn aliliyinin tətbiq olunması ilə vətəndaşların təhlükəsizliyi təmin edilir: “Amma Bakı böyük şəhərdir, Azərbaycanın sənaye mərkəzlərindən biridir. Belə olan halda infrastruktur təhlükəsizliyi, iş yerlərində texniki təhlükəsizlik kimi məsələlər də aktual olur. Bu səbəbdən də hər bir dövlət qurumunun üzərinə mühüm vəzifələr düşür. Ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən dövlət qurumları öz sahələri ilə bağlı öncədən təhlükəsizlik tədbirləri görməlidirlər. Bu mənada vətəndaşların maarifləndirilməsi və məsuliyyəti də olduqca vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB