"Prezident bu müsahibədə ölkə üçün lazımi fikirləri çatdırdı"

"Prezident bu müsahibədə ölkə üçün lazımi fikirləri çatdırdı"

"Cənab Prezidentin, Silahlı Qüvvələrin Ali Baş Komandanı kütləvi informasiya vasitələrinə verdiyi müsahibə cəmiyyətdə böyük maraq, sevgi və diqqətlə izlənilib. Belə ki, ölkə rəhbərinin Azərbaycanda siyasi rəhbərliyi dövrünün son 20 ilinin təhlili və bu təhlil vasitəsilə bu günki gün cəmiyyətimizi maraqlandıran ölkə daxili, regional və ümumibəşəri məsələləri yüksək peşəkarlıqla cavablandırması, Azərbaycanın gələcəkdə taktiki, texniki, strateji, yaxın və uzaq hədəflərlə bağlı olan düşüncələrinin açıqlanması Azərbaycanın bu gün nə dərəcədə güclü dövlət olduğunun əyani göstəricisidir". Bu sözləri açıqlamasında ekspert Raqif Abbasov bildirib.

"Cənab prezident istər vətən müharibəsi, istər sülh müqaviləsi, istər Azərbaycandakı iqtisadi göstərici, beynəlxalq diplomatik müstəvidə Azərbaycanın mövqeyi, bu gün cəmiyəti düşündürən bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı xüsusi olaraq Azərbaycanın artıq güclü dövlət olaraq yeni müstəviyə qədəm qoyduğunu vurğulaması çox önəmlidir. Cəmiyyətə çağırışı, siyasi palitoloqların, sosioloqların, vətəndaş cəmiyyətinin müzakirəsinin, eyni zamanda beyin mərkəzlərin, kütləvi informasiya vasitələrinin müzakirəsinə aid olan mesajı bu günləri çox böyük maraqla müzakirə pridmentidir. Belə ki, yeni idealoji xəttin mövcudluğunu və onun Azərbaycanın gələcəkdə bu sahədə nəyə doğru gedəcəyi ilə bağlı fikirləri cənab Prezidentin cəmiyyətin ixtiyarına buraxması cəmiyyətdən gələn gözləntilərlə bağlıdır. Və əlbəttə ki, bu gün Azərbaycan vətəndaşı özünün istər ərazi bütövlüyü, istərsə siyasi və iqtisadi müstəqilliyini təmin edən dövlətin vətəndaşı olaraq bundan sonra Azərbaycanı daha qüdrətli və daha güclü görməsi üçün Azərbaycanın gələcəkdə ev sahibliyi edə biləcəyi dünya səviyyəli beynəlxalq tədbirlərin keçirilməsinə bacarıqlı və özünü təstiq etmiş dövlət olaraq məsələsini istəməsindən irəli gəlir. Digər bir tərəfdən bu günki gündə cənab Prezident onu da vurğuladı ki, biz arxaynlaşmamalıyıq. Ona görə ki, dünya savaş burulğanındadır və bu gün Cənab Prezidentin sözüylə desək, tektonik pillələrində yerinin dəyişdirilməsinə nail olmuş bir dövlət olaraq artıq cəmiyyətdə, regionda, dünyada Azərbaycandan gözləntilər daha çoxdur. Bu baxımdan idealoji xətt üzrə inkişafımız təbii ki, bizim gələcəkdə dünyanın inkişaf etmiş ölkələr sırasına düşməyimizi bizdən tələb edir. Və dövlət səviyyəsində, dövlətin ayrı-ayrı qurumlarıyla yanaşı vətəndaş cəmiyyətin və vətəndaşın da bunun üçün əlindən gələni etməyi mütləqdir və vacibdir. Bunun içində eyni zamanda iqtisadi rifahla yanaşı, vətəndaşın, dövlətin təhlükəsizliyinin təminatı və regional dövlət olaraq öz siyasi iradəsini diqtə etməsi üçün çox önəmlidir, çox vacibdir. COP29 dünyada ən böyük və ölkəyə gələ biləcək minlərlə turisti, qonağı özündə birləşdirən beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinə ev sahibliyi əldə etməyimiz yeni dönəmin ilk böyük beynəlxalq tədbiridir və bunun üçün də artıq müəyyən işlər, müyyən tədarüklər başlayıb. Bu baxımdan Azərbaycanı bundan sonra yeni zirvələr, yeni çağırışlar gözləyir. Bu yeni dönəmə peşəkarlıqla, güclü iqtisadiyatla, güclü siyasi iradəylə birmənalı olaraq vətəndaş rifahı üçün, bizdən sonra gələn gələcək nəsillərin daha yaxşı yaşaması üçün əlimizdən gələni etməliyik. Və ölkə rəhbərliyinin də siyasi platformasında artıq bu məsələ öz yerini tapıb. Böyük Azərbaycanımıza uğurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə