Son illər ölkəmiz üçün bir-birindən dəyərli, yaddaqalan hadisələrlə xatirələrə iz qoydu. 2016-cı ilin Aprel döyüşləri, ardınca Naxçıvanın Günnüt əməliyyatı, daha sonra Tovuz döyüşləri və sonunda 2020-ci il noyabrında Azərbaycanın tarixi qələbəsi, Ermənistanın öz məğlubiyyətini rəsmən təsdiqləməsini, kapitulyasiya aktının imzalanmasını xüsusi vurğulamaq lazımdır.
Daha sonra 2023-cü il sentyabrın 19-20-də keçirilən antirerror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. 2023-cü ildə xalqımızın həyatında bir çox mühüm hadisələr baş vermişdir. Lakin bunların sırasında ən yaddaqalanı dövlət suverenliyimizin bərpası oldu. Azərbaycan xalqı bu tarixi hadisəni əsla unutmayacaq. Bu hadisələr yaddaşımızda əbədi iz qoyacaq.
Vətən müharibəsində xalqımız haqqın, ədalətin bərpasına nail oldu. Heç kimdən maddi yardım istəməyən, torpaqlarının 30 illik işğalı dövründə bütün gücünü, potensialını iqtisadiyyatının möhkəmləndirilməsinə sərf edən, milli ordunun maddi-texniki bazasını son texnologiyalara uyğun, müasir tələblər səviyyəsində formalaşdıran, ölkə ərazisində bütün sahələrdə dinamik inkişafa nail olan Azərbaycan 2020-ci il sentyabr ayında dövlətimizin sərhədində təxribatlar törədən düşmənə əks-hücum əməliyyatı ilə cavab verdi. Beynəlxalq qurumların, nüfuzlu təşkilatların 30 il ərzində yerinə yetirə bilmədikləri öhdəlikləri müstəqil, güclü, qüdrətli Azərbaycan təkbaşına həyata keçirdi. Artıq Azərbaycanın haqq səsi dünyanın hər tərəfində duyuldu. Ölkəmizin haqqın, ədalətin uğrunda mücadilə apardığını, öz torpaqlarında erməni silahlı dəstələrinə layiqli cavab verdiyini bütün dünya gördü.
Prezident İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını sübut edir. Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu gün ölkəmiz tərəfdaşları ilə birlikdə dünyanın ən böyük infrastruktur layihələrini icra edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir.
Şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi.
Ülkər Quliyeva
30nömrəli Ambulatoriyanın həkimi,
YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB