"Çinlə tərəfdaşlıq bizim üçün iqtisadi inkişaf baxımından önəmlidir" - ŞƏRH EDİLDİ

"Çinlə tərəfdaşlıq bizim üçün iqtisadi inkişaf baxımından önəmlidir" - ŞƏRH EDİLDİ

"Çin iqtisadi baxımdan qüdrətli dövlətdir və Azərbaycan bu ölkə ilə əlaqələrə çox böyük önəm verir. Azərbaycanın həyata keçirdiyi nəqliyyat və tranzit layihələrinin birbaşa Çinlə də əlaqəsi var. Azərbaycan Avropa İttifaqı və Çin arasında ticarət qovşağı rolunu oynamağa çalışır. Bu baxımdan Çinin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi bizim iqtisadi inkişaf baxımından çox önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib.

"Gələcəkdə düşünürəm ki, Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi artacaq.

Çinlə Azərbaycan arasında kənd təsərrüfatı, müasir texnologiyalar, hərbi sənaye, infrastrukturun qurulması sahəsində əməkdaşlıq qurmaq mümkündür. Həm də düşünürəm ki, bizim Qarabağda başladığımız yenidənqurma, şəhərsalma və sürətli texnoloji inkişaf sahəsində biz Çinin təcrübəsindən bəhrələnə bilərik",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə