"Kadr siyasətində də böyük islahatlar gedir" - MÜNASİBƏT BİLDİRDİ

"Kadr siyasətində də böyük islahatlar gedir" - MÜNASİBƏT BİLDİRDİ

"10 ilə yaxındır ki, Azərbaycanda Ali Baş Komandan İlham Əliyev bütün sahələrdə islahatlar aparır". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavanşir Paşazadə deyib.

Onun sözlərinə görə, kadr siyasətində də böyük islahatlar gedir: "Hələ dövlətimizin yeni qurulduğu dönəmdə yönədici forma başqa cür idi. Yaşlı insanlar öz dövrlərini yaşadılar. Sonrakı dövrdə dünyada gedən texnologiya, yeni islahatlardan xəbərdar olan, xaricdə təhsil alan gənclərimiz nazirliklərdə, rayonlarda rəhbərlik etməyə başladı. Bu gün icra strukturlarının dəyişilməsinə ehtiyac var. Gələcəkdə dəyişiklik olması üçün bir sıra məsələlərdə, gələcəyimizin, xalqın daha yaxşı yaşamasına və iqtisadiyyatımızın güclənməsinə, hərbi quruculuq və s. bütün sahələrdə bilikli kadrlara ehtiyacımız var".

Deputat bildirib ki, bu siyasəti də cənab İlham Əliyev həyata keçirir: "Sübut olaraq, cənab prezident qısa müddətdə hərbi potensialımızı gücləndirdi. Qardaş ölkə - Türkiyədə, digər xarici ölkələrdə bizim hərbiçilər, generallarımız təlim keçdilər. Onlar 44 günlük Vətən müharibəsində şücaətlər göstərdilər. Nəticədə, 30 il erməni işğalında olan torpaqlarımızı azad etdik. Bunlar böyük məsələlərdir. Kadrların yenilənməsinə, daha bilikli insanlara, bütün sahələrdən xəbəri olan gənclərə ehtiyacımız var. Bilirəm ki, prezidentimiz gələcəkdə də bu islahatları davam etdirəcək. O, yaxşı bilir ki, hansı məsələni nə vaxt etmək lazımdır. Seçkidən sonra yenə də böyük islahatlar olacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə