"Bu, Fransanın atdığı növbəti yanlış addımdır" - NAZİR FİKİR BİLDİRİB
"Fransanın Azərbaycanda səfirliyinin iki əməkdaşı arzuolunmaz şəxs elan olunmuşdu. Tərəfimizdən Fransa səfirliyinə nota göndərilmiş və məsələlərin araşdırılmasının vacibliyi bildirilmişdi. Əgər Fransa öz əməkdaşlarının günahsızlığından əmin idilərsə, onlar gedə bilərdilər. Ancaq Fransa heç bir geri dönüş etmədi. Belə olduğu halda həmin iki şəxsin 48 saat ərzində ölkəni tərk etməsi istənildi". SİA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekununa dair hesabat brifinqində deyib.
"Daha sonra isə qarşılıqlı prinsip əsasında bizim iki əməkdaşımız Fransada arzuolunmaz şəxs elan olunmuş və 48 saat daxilində ölkəni tərk etmələri istənmişdi. Hesab edirəm ki, bu, Fransa tərəfindən atılan növbəti səhv addım idi",- deyə nazir əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB