Azərbaycan I Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı ciddi işlər görüb - NAZİR
Azərbaycan itkin düşmüş şəxslərin beynəlxalq səviyyədə gündəmdə saxlanılması üçün ciddi işlər görüb. SİA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan özü də humanitar məsələlərə xüsusi diqqət göstərib: “Türkiyədəki zəlzələdə, eləcə də Ukraynaya göstərilən yardım Azərbaycanın humanitar siyasətinə nümunədir. Bununla yanaşı, Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb. Bundan başqa, Afrikanın kiçik ada dövlətlərinə COVID-19 çərçivəsində iki qlobal çağırış elan edilib və Azərbaycan hər çağırışa 1 milyon dollar yardım ayırıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB