“Virtual münasibətlər bizim ictimai münasibətlərimizin tərkib hissəsinə çevrilib. Yəni, real ictimai münasibətlərdə hansı məsuliyyəti daşıyırıqsa, virtual münasibətlərimizdə də eynisi baş verir. Buna görə də sanki günümüzdə insanlar paralel həyat yaşayırlar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, hazırda real münasibətlərlə yanaşı, virtual münasibətlərdə də yetəri qədər qanun pozuntuları baş verir: “Bu fonda kibercinayətkarlıq məsələsi ölkəmizin aktual problemlərindən birinə çevrilir. Çünki kibercinayətkarlıq həm fərdi, həm dövlət, həm də ictimai münasibətlərdə baş verən qanunsuzluqlar kimi ortaya çıxır. Buna görə də ölkənin hüquqi sistemi real həyatda necə təsirlidirsə, kibercinayətkarlığa qarşı da eyni cür tətbiq olunmalıdır. Çünki nəticə etibarilə cinayətin məkanı yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB