"Ölkəmizin ərazisində yaşayan hər kəs bərabərdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ölkəmizin ərazisində yaşayan hər kəs bərabərdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü bütün millətimiz tamamilə fərqli bir şəraitdə qeyd edir. 1991-ci ildən bəri ilk dəfə olaraq dövlət suverenliyimiz ölkəmizin bütün ərazilərində bərqərar edilib. Bayrağımız işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputat bildirib ki, bu qələbənin memarı Prezident İlham Əliyevdir: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında ilk rəsmi qərar Ulu Öndər Heydər Əliyevin sədrliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilib.

Bu gün azərbaycançılıq ölkəmizin ərazisində yaşayan bütün vətəndaşların bir bayraq altında, tək Vətən, tək dövlət, tək millətdə birləşdirir. Multikulturalizm Azərbaycan dövlətinin siyasəti olmaqla qarşıda geniş imkanlar açır. Bu mənada qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində yaşayan hər kəs bərabərdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə