"Naxçıvanda Kəhrizləri bərpa etməliyik" - Ehtimad Məmmədov

"Naxçıvanda Kəhrizləri bərpa etməliyik" - Ehtimad Məmmədov

Azərbaycanda qədim texnologiyaya malik və əsrlər boyu davamlı su təchizat mənbəyi kimi istifadə olunmuş kəhrizlərin bir çoxu bu gün Naxçıvan Muxtar Respublikasında baxımsız vəziyyətdə qalıb. Bu fikirləri 17 saylı Çalxanqala Seçki Dairəsindən deputat Ehtimad Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclasında səsləndirib. SİA xəbər verir ki, Ehtimad Məmmədov bildirib ki, Naxçıvanda 307 kəhriz var və onların bir çoxu dağılıb və ya bəzilərinin su təminatı kəskin şəkildə azalıb. Kəngərli rayonunda isə 168 kəhrizin qeydiyyatda olduğunu bildirib. Ən təmiz və təbiətin ziyansız, ən etibarlı su mənbəyi hesab olunan kəhrizlər təmirdən başqa heç bir xərc tələb etmir.

Xok kəndində 21 kəhrizdən 9-u işləyir. Xok kəndində işləyən 9 kəhrizdən sadəcə birinin suyu ilə Xok kəndinin böyük hissəsinin həyətyanı sahələrinin suvarılır və həmçinin Yeni Kərki və Böyükdüz kəndləri içməli su kimi istifadə edir. Əlavə olaraq Xok kəndinin altındakı gölü su ilə təmin edir həmin ərazidə olan 110 ha pay torpaqları həmin kəhrizin suyu ilə suvarılır. Bir kəhrizin suyunun nə qədər ərazini suvardığını gördükdən sonra kəhrizlərin necə əhəmiyyətli olduğunu bilmək olar. Rayonun Çalxanqala kəndində 42 kəhrizdən yalnız 4-ü Xıncab kəndində 28 kəhrizdən yalnız 5-i Təzəkənd kəndində, 4 kəhrizdən biri, Böyükdüz kəndinin ərazisi olan köhnə Sust kəndində 6 kəhrizdən yalnız biri işləyir. Mən ərazinin böyük hissəsini taniyan biri kimi Kəngərli rayonunda 168- dən daha çox kəhriz olduğu qənaətindəyəm. Rayonun Təzəkənd kəndinin əsas suyunu Qasımbəy kəhrizi ödəyir. Qıssa dövr öncə kəhrizlər idarəsi tərəfindən 28 quyusu olan bu kəhrizin ilk iki quyusu arasındakı məsafə təmizləndiyi üçün bu kəhrizdə qismən su artımı müşahidə olunmuşdur əgər 28 quyu təmizlənsə Təzəkəndin içməli su problemi böyük ölçüdə həll olunmuş olar. Rayonun Təzəkənd və Xıncab kəndlərində su çatışmazlığı əhalinin məskunlaşmasına ciddi təsir göstərir.

17 saylı Çalxanqala Seçki Dairəsindən deputat Ehtimad Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasında Kəhrizlər idarəsi yaradılıb. Ancaq bu yetərli deyil. Kəngərli rayonunda kəhrizlərin çoxluğunu nəzərə alıb bu rayonda Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon idarəsinin nəzdində kəhrizlərin bərpası və təmiri üçün bir qurumun yaradılmasının hökumət üzvlərindən xahiş edib. Qeyd edim ki, kəhriz suyunun heç bir xərc tələb etmir".

Ehtimad Məmmədov

Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə