“Azərbaycan Çin münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub” - MÜNASİBƏT BİLDİRİLDİ
“Prezident İlham Əliyevin yürütdüyü uğurlu beynəlxalq siyasət Azərbaycanın dünyanın ən böyük iqtisadiyyatı olan ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına yol açmışdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: “Çin dövləti dünyada iqtisadi və hərbi gücünə görə öz çəkisi olan ölkədir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə şəxsi dostluq münasibətlərinin möhkəm olması ölkələrimiz arası strateji əlaqələrin inkişafını da yeni mərhələyə çıxartmışdır. Si Cinpinin Prezident İlham Əliyevi təbrik etməsi və təbrik məktubuda Azərbaycanla münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazır olduğunu bildirməsi ölkəmizə göstərilən böyük hörmətdən irəli gəlir.
Dövlət başçımız Çinin irəli sürdüyü bir kəmər bir yol layihəsinə qoşularaq tarixi İpək Yolunun bərpa edilməsində həll edici rol oynamışdır. Bu gün Azərbaycan Çin Xalq Respublikasında ticarət evlərini açır və ikitərəfli əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə töhfə verir. Çin dövlət başçısı ölkə başçımızın bu təşəbbüslərini yüksək dəyərləndirir və ikitərəfli əlaqələrin inkişafına maraqlı olduğunu bildirir. Azərbaycan dünya xəritəsində ərazisinə və əhalisinə görə o qədər böyük ölkə olmasa da beynəlxalq əməkdaşlıqda qurduğu münasibətlərinə və dünya siyasətinə verdiyi töhfələrinə görə nəhənglərin arasında nəhəng olmağını bacarmışdır. Bu uğurlara Prezident İlham Əliyevin Liderliyi sayəsində nail ola bilmişik və gələcəkdə də bizi böyük nailiyyətlər gözləyir.
Ölkəmizin Çin Xalq Respublikası kimi dünya nəhəngi ilə dostluq və əməkdaşlığın genişlənməsi Azərbaycana qarşı düşmənçilk gözü ilə baxan Fransa və Hindistan kimi dövlətlərə də bir mesajdır. Onlar da bilməlidirlər ki, Cənubi Qafqaz regionunda qitələri birləşdirən və dünya gücləri ilə dostluq və qardaşlıq münasbətlərini günü-gündən möhkəmləndirən Azərbaycan var. Mən inanıram ki, ölkəmizə düşmən gözü ilə baxan ölkələr də yaxın gələcəkdə öz baxışlarını dəyişəcəklər. Çünki Azərbaycan ancaq sülh və əməkdaşlıq məkanıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB