“COP29 ölkə tarixində keçiriləcək ən böyük tədbir olacaq” -MÜNASİBƏT
“Gələn ilin 11-14 noyabr tarixlərində Bakıda keçiriləcək konfrans (COP -29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edəcək 80-100 min nəfərə qədər nümayəndə heyyətinin qəbul edilməsi gözlənilir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, ölkə olaraq ən irimiqyaslı beynəlxalq tədbirimiz 8 min nəfərə yaxın qonağın qəbul edildiyi Avropa oyunları olmuşdur: “ COP29 ölkə tarixində keçiriləcək ən böyük tədbir olacaq. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasada çox böyük dividentlər qazandıracaq. COP BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün ən üst qərarverici qurumdur. Konvensiyaya tərəfdaş olan ölkələrin sayı 198 dir. Qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq qurumun əsas vəzifəkərindəndir. COP tədbirlərində bir qayda olaraq dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, elm adamları, ekspertlər, jurnalistlər iştirak edirlər. Bu tədbirin Bakıda keçirilməsi ilə bağlı təklifi dünyanın 195 ölkəsinin yekdilliklə dəstəkləməsi ölkəmizə beynəlxalq səviyyədə olan etimad və maraqdan irəli gəlir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB