“Prezidentin rəhbərliyi ilə Azərbaycanı hələ bir çox qələbələr gözləyir” - ŞƏRH EDİLDİ

“Prezidentin rəhbərliyi ilə Azərbaycanı hələ bir çox qələbələr gözləyir” - ŞƏRH EDİLDİ

“Dekabrın 21-də Prezident İlham Əliyev növbəti dəfə Qarabağa səfər etdi. İlk dəfə deyil ki, Prezident İlham Əliyev öz doğum günü ərəfəsində Qarabağa və işğaldan azad olunmuş ərazilərə səfər edir və ad gününü orada qeyd edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, səfər çərçivəsində Prezident Şuşada həyata keçirilən bərpa və quruculuq işləri ilə yaxından tanış oldu, Aşağı Gövhər Ağa və Daşaltı məscidində həyata keçirilən tikinti, təmir və bərpa işləri ilə də maraqlanıb: “Bu gün təkcə Şuşada deyil işğaldan azad olunmuş bütün ərazilərdə yeni məscidlərin inşasına, erməni vəhşiliyinə məruz qalmış məscidlərimizin və digər tarixi abidələrimizin bərpasına Prezident İlham Əliyev xüsusi həssaslıqla yanaşır. Heç şübhəsiz ki, tezliklə ermənilərin donuz və inək saxladıqları məscidlərimiz Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə yenidən möminlərin üzünə açılacaq və bu ocaqlar yenidən öz tarixi missiyaların oynamağa başlayacaqlar.

Bütün bunlar bir daha onu göstərir ki, cənab Prezident işğaldan azad olunmuş ərazilərdə dini ibadət ocaqlarının və tarixi məkanların bərpa olunmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Prezident eyni zamanda Xankəndi şəhərinə də tarixi səfər etdi, burada Azərbaycan komandalarının futbol oyununu izlədi, həm Azərbaycan xalqına həm də Ermənistana bir sıra mühüm mesajlar verdi. Bu təkcə sıradan bir futbol oyunu deyildi. Bu həm də Azərbaycanın qələbəsinin təntənəsi, Ermənistanın və onun havadarlarının qapısına vurulmuş növbəti toplardan biri idi. Azərbaycan xalqı uzun illər Qarabağın və Şərqi Zəngəzurun azad olunması arzusu ilə yaşadı. Səbirsizliklə bu günü gözlədi. Prezident bu oyun zamanı yenə şəhid ailələrini unutmadı, onların övladlarına xüsusi diqqət və qayğı ilə yanaşdı. Hər biri ilə ayrı-ayrılıqda maraqlandı, şəkil çəkdirdi.
Prezident İlham Əliyevi doğum günü və möhtəşəm qələbələr günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Əminik ki, Prezidentin rəhbərliyi ilə Azərbaycanı hələ bir çox qələbələr gözləyir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə