"Diplomatiyamızın bu səviyyəyə çatmasında İlham Əliyevin çox ciddi rolu var" - POLİTOLOQ BİLDİRDİ
"Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində diplomatiya, xüsusən də xarici siyasət sahəsində əldə etdiyi nailiyyətləri göstərmək üçün biz 20 il bundan öncəyə dönməliyik. Yadımıza salaq ki, 20 il bundan qabaq Azərbaycan diplomatiyası hansı səviyyədə idi və Azərbaycan diplomatiya sahəsində dünya dövlətləri sırasında hansı yeri tuturdu". Bu barədə SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
Politoloqun sözlərinə görə, o dövrdə diplomatiya sahəsində əldə edilən nailiyyətlər barəsində bugünkü kimi danışa bilmirik: "Səbəb isə odur ki, Azərbaycan gənc respublika idi, Avropa İttifaqı və ABŞ diplomatiyası qarşısında layiqincə cavab verməyə hazır deyildi. Amma biz gələcəyə ümidlə baxırdıq. İlham Əliyev dünyada ən tanınmış diplomatiya məktəbini bitirdikdən sonra diplomatiya sahəsində qazandığı nailiyyətlərin ciddi olacağını düşünürdük. Həqiqətən artıq 20 il keçib və bu gün geri baxır və diplomatiya sahəsində əldə etdiyimiz nailiyyətləri aydın şəkildə görürük. Azərbaycanın 20 il əvvəlki və bugünkü diplomatiyada apardığı siyasət və əldə etdiyi nailiyyətlər arasında yerlə göy qədər fərq var. Biz o dövrdə Azərbaycan həqiqətlərini dünya dövlətlərinə çatdırmağa çətinlik çəkirdiksə, bugün nəinki Aİ və ABŞ bütün dünya dövlətlərinin diplomatiyası ilə irəliləyə bilirik. Diplomatiyamızın bu səviyyəyə gəlib çatmasında İlham Əliyevin çox ciddi zəhməti və əməyi var. Məhz İlham Əliyevin göstərdiyi şəxsi nümunə sayəsində bizim diplomatiyamız bu sahəyə gəlib çatmışdır. Qeyd etdiyim kimi bir vaxtlar, biz Ermənistan diplomatları ilə görüşməkdən çəkinirdik yaxud Ermənistan diplomatiyası qarşısında layiqincə cavab verə bilmirdiksə bu gün Ermənistan diplomatiyası bizim üçün heç də tərəf müqabili deyil".
Ə.İbrahimov bildirib ki, respublikamız bütün sahələrdə olduğu kimi diplomatiya sahəsində də çox böyük nailiyyətlər əldə edib: "Artıq bizim həm diplomatiya sahəsində kadrlar hazırlayan ciddi məktəblərimiz, həm də Heydər Əliyev və İlham Əliyev məktəbindən dərs almış çox məşhur diplomatlarımız var. Bu gün biz bütün dünyanın aparıcı diplomatiya məktəbləri ilə çiyin-çiyinə addımlaya bilirik. Azərbaycan dünya siyasətinin içinə girir, diplomatik sahədə əməkdaşlıq edir. Bütün bunlar gələcəkdə bu sahədə daha böyük uğurlar qazanmağımıza səbəb olacaq. Azərbaycanı dünyada tanımayan yoxdur. Dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycan diplomatiyasını yaxından tanıyır və ona hörmət edir. Azərbaycan diplomatiyası dünyanın aparıcı diplomatiyaları sırasındadır. Dünyada Azərbaycan diplomatları ilə hesablaşır və onların rəylərinə qulaq asırlar. Məhz bütün əmələ gəlməsində İlham Əliyevin yaratdığı modelin rolu böyükdür. Fəxr bilərik ki, diplomatiyamız İlham Əliyevin apardığı siyasət nəticəsində bu səviyyə çatmışdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB