“İnsanlar yurd yerlərinə böyük sevinclə və həvəslə qayıdırlar” -MÜNASİBƏT
“Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə insanların məskunlaşması və ora daşınıb yerləşdirilməsi ilə bitməyəcək”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Qarabağa köçən insanların işləməsi üçün iş yerlərinin açılması prosesi də gedir: “Bu gün İşğaldan azad edilən torpaqlarımızda geniş miqyaslı quruculuq-bərpa işləri aparılır, yeni müəssələr qurulur, şəhərlər, kəndlər salını, bunların da hamısının işçi qrupuna ehtiyacı var. Artıq Qarabağda məktəblər də fəaliyyətə başlayıb. Bütün bu sadalananlae baş verəcək və ona görə də, bu iş məsələsində narahat olmaq üçün heç bir əsas yoxdur. Yəni Qarabağda, Şərqi Zəngəzurda insanların məskunlaşması ilə paralel şəkildə onların işlə təminatı üçün də işlər görülür. Bir sözlə, bu gün biz Böyük Qayıdış adlanan bu köç prossesini həyacanla və sevinclə izləyirik. Keçmiş yurd yerlərinə insanlar böyük sevinclə və həvəslə qayıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB