Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq

Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq

Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında məlumat verib.

“Təxminən azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır”, - o deyib.

R.Qasımov bildirib ki, digər 7 dairə üzrə də 20 seçki məntəqəsinin yaradılmasına ehtiyac var.

Bütün xəbərlər Facebook səhifəmizdə