Azərbaycanda narkotik vasitələrin miqdarı təmiz və qarışıq vəziyyətdə ayrılıqda müəyyənləşdiriləcək
Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. SİA xəbər verir ki, qanunun 21-ci maddəsi (Narkotik vasitələrin, psixotrop maddələrin, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarı) yeni redaksiyada verilir.
Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdiriləcək.
Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunacaq.
Dəyişikliyə əsasən, narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB