Qazaxda Ümummilli Liderin Anım Günü qeyd olunub - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar 11 dekabr 2023-cü il tarixdə YAP Qazax rayon təşkilatının Qazax rayon İcra Hakimiyyəti ilə birgə “Dahilər ölmürlər, əbədiyyətə qovuşurlar!” mövzusunda tədbiri keçirildi. SİA xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulması ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən ətraflı danışıb. Rayon təşkilatının sədri qeyd etdi ki, Dahi Rəhbərin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf dövrü kimi şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır. A.Nəbiyev vurğuladı ki, xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev 20 ildir ki, cismən aramızda olmasa da, xoşbəxtliyimiz ondadır ki, onun ideyaları, ilahi arzuları Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında günbəgün, zaman - zaman həyata keçir, müstəqil Azərbaycanımız hər gün yeni bir uğura, nailiyyətə, qələbəyə imza atır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı çoxşaxəli fəaliyyətindən, müstəqil Azərbaycanımızın xoş - firavan gələcəyi naminə həyata keçirdiyi möhtəşəm layihələrdən, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz qazanmasındakı misilsiz xidmətlərindən geniş bəhs edib. Rayon İcra Hakimiyyətinin başçısı bu gün Ulu Heydər Əliyev ideyalarının, onun dəsti - xəttinin Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında əzmlə, uğurla davam etdirilməsindən bəhs edərək, Əbədiyaşar Liderimizə Ulu Tanrıdan rəhmət diləyib.

Sonra partiya veteranı Bəsti Ələkbərova, Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbəsi Gülnar Səmədova, partiya veteranı Fərhad Qocamanov, partiya fəalı Gülnaz Alışanova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı bəhs ediblər. Natiqlər Ulu Öndərin əziz xatirəsinin heç zaman unudulmayacağını, müdrik xalqımızın qəlbində əbədi yaşayacağını bildirdilər və Dahi Rəhbərə rəhmət dilədilər.

Sonda partiya veteranı, şair Kazım Kazımlı və Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə