“Serbiya vasitəsilə Azərbaycan qazının digər ölkələrə ötürülməsi çox vacibdir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan Prezidentinin Serbiyaya səfəri xüsusi məqamları özündə ehtiva edir. Nəzərə almaq lazımdır ki, təkcə son bir il ərzində həm Serbiya Prezidentinin Azərbaycana bir neçə dəfə səfəri olub, həm də Azərbaycan Prezidentinin Serbiyaya səfərləri gerçəkləşib. Serbiya Azərbaycanın enerji məsullarının həm idxal edilməsində, həm də Serbiyadan üçüncü ölkələrə yönləndirilməsində vacib tranzit nöqtələrdən birini təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, Azərbaycanın Serbiyaya qaz ixrac etməsi, həm də Serbiya vasitəsilə Azərbaycan qazının digər ölkələrə ötürülməsinə səbəb olur: “Azərbaycan Prezidentinin dünən Serbiyaya gedən qazın Bolqarıstana ötürülən interkorrektorun açılışında iştirak etməsi Azərbaycan, Azərbaycanın siyasi rəhbərliyinə Mərkəzi və Şərqi Avropada göstərilən diqqəti özündə ehtiva edir. Ümumilikdə isə Azərbaycanın Avropa Komissiyası ilə enerji təhlükəsizliyinə dair strateji müttəfiqlik bəyannaməsi imzalaması Azərbaycanın Avropa İttifaqına daxil olan, özəlliklə də Mərkəzi və Şərqi Avropa ölkələri ilə enerji sahəsindəki əməkdaşlığını daha da dərinləşdirir.

Azərbaycan 2027-ci ilə qədər Avropaya ixrac etdiyi qazın həcminin dəfələrlə artırmağı qarşısına hədəf qoyub. Bu da Aİ-nin enerji məsullarında Rusiyadan asılılğını azaldır və Azərbaycanın enerji məsullarının ixracını daha da gücləndirmiş olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə