"Yaxın Şərqdə real sülh görünmür" - MÜNASİBƏT

“Siyasətdə bir görünən tərəf var, bir də görünməyən tərəf var. ABŞ və Avropa İsrail dövləti ilə Fələstinlə arasında yaranan qarşıdurmanı sülh yolu ilə həll edilməsi üçün çoxlu cəhdlər ediblər. Bunla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin sayı-hesabı yoxdur”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sərdi Emin Həsənli deyib.

Onun sözlərinə görə, bu il gözlənilirdi ki, həm İsrailin ərəb ölkələri ilə, həm də Fələstinlə münasibətləri yaxşılaşacaq, amma tam əksi oldu: “Əslində bu münaqişənin min illər tarixi var. Qüds həm yəhudilər, həm müsəlmanlar, həm də xristianlar üçün önəmli şəhərdir. ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyır və İsrailin ən yaxın müttəfiqdir, Avropa da onun kimi. Hindistan-Pakistan münaqişəsi daxil, bu münaqişə də BMT yaranandan bu günə qədər davam edir və hələ də təəssüflə olsun ki, sülh razılaşması əldə olunmayıb. Yaxın günlərdə belə razılaşmanın əldə olunacağı da gözlənilmir. Ərəb ölkələri də qəbul etməlidir ki, bir halda ki, o bölgədə yəhudilərin yaranıbsa reallıqla barışmalıdırlar. Fələstinlilər özləri o torpaqları yəhudilərə satıb və daha sonra dövlət yaranıbsa, İsrailin də bir dövləti olmalıdır. İsrail də qəbul etməlidir ki, o ərazidə Fələstinində dövləti olmaldır və beləliklə də normal şəkildə yaşamalıdırlar. Amma bu arzudur, istəkdir ki, bölgədə sülh olsun. Lakin reallıq onu göstərir ki, yaxın zamanlarda kimin istəməyindən asılı olmayaraq real sülh görünmür. Amma belə də sonsuza qədər davam edə bilməz. Gec-tez hər iki tərəf başa düşməlidir ki, rahat dünyada yaşamalıdırlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə