“Freedom House”-ın hesabatı qərəzlidir - MÜNASİBƏT

“Freedom House”-ın hesabatı qərəzlidir - MÜNASİBƏT

“Freedom Hous” əksər hallarda yaydığı hesabatlarda Azərbaycana qarşı heç də obyektiv yanaşmayıb. Qərəzliyin və ikili standartların zaman-zaman şahidi olmuşuq. Bu da həmin təşkilata etibarı, inamı azaldıb”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.

Onun sözlərinə görə, təşkilat illik hesabatlarını hazırlayarkən alternativ və müxtəlif mənbələr istinad etmir: “Hakimiyyətə düşmənçilik prizmasından yanaşan, şəxsi nifrətini ictimai nifrət kimi təqdim etməyə çalışan eyni və məlum şəxslərin bitərəfli və subyektiv rəylərinə əsaslandığından, habelə siyasi tərəf tutduğundan Azərbaycanla bağlı gəldiyi qənaətində ciddi yanlışlığa yol verir. Hər il də bu yanlışlığı və qərəzi təkrarlayır. Təəssüflər olsun ki, bəzi şəxslər və qüvvələr müxalifətçi libasına bürünüb özünün şəxsi haqq hesablarını siyasiləşdirir və ya buna ictimai məzmun geyindirməkdə davam edirlər. Müxalifət dövlətə və dövlətçiliyə qarşı düşmən olmaq deyil. Bu hallar isə Freedom Hous kimi təşkilatlara bəhanələr verir. Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edir. Orda yaşamış ermənilərin də hüquq və təhlükəsizliyə dövlət təminat verərək, reinteqrasiyaya dəvət edirdi. Bunu ermənilər qəbul etməyərək çıxıb getdilər. Azərbaycanı bununla bağlı hansısa formada günahlandırmağa cəhd etmək qəbuledilməz və absurddur. Odur ki, Freedom Hous kimi təşkilatların bu cür hesabatları heç bir məna və anlam kəsb etməməklə yanaşı, obyektivlikdən də uzaqdır. Azərbaycan bunu onsuz da qeyri ciddi qarşılayır”.

Bütün xəbərlər Facebook səhifəmizdə