“Soydaşlarımız öz dədə-baba yurdlarına geri qayıdırlar” -MÜNASİBƏT

“İşğaldan azad olunmuş ərazilərə insanların qayıdışı qürurvericidir. Biz bunu 30 il ərzində həsrətlə gözləmişik”. Bunu SİA-ya açıqlamasında politoloq Taliyət Əliyev deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən və 19 sentyabrda keçirilən antiterror tədbirlərindən sonra həmin əraziləri, yəni Qarabağı azad etməklə tam olaraq Azərbaycan öz suverenliyini bərpa etmiş oldu: “Ərazi bütövlüyümüzü bərpa edəndən sonra həmin ərazilərin dirçəldilməsi işləri görülür. Çünki erməni vandalları demək olar ki, orada daşı-daş üstünə qoymayıblar. Yəni, Qarabağda şəhər və kəndlərimizin böyük əksəriyyəti darmadağın olub. Ona görə də, həmin yerlərin yenidən qurulması və dirçəldilməsi üçün bütün işlər görülür. Bu gün soydaşlarımız öz dədə-baba yurdlarına geri qayıdırlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə