Nepalın Baş naziri inkişaf etmiş ölkələri iqlim dəyişikliyi ilə mübarizə üçün resursları bölüşməyə çağırıb
Nepalın Baş naziri Puşpa Kamal Dahal dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrini iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə və texnologiyalarını inkişaf etməkdə olan dövlətlərlə bölüşməyə çağırıb. SİA xəbər verir ki, bu barədə o, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.
Onun fikrincə, ən az inkişaf etmiş ölkələr iqlim dəyişikliyinə qarşı xüsusilə həssasdırlar:
"Maliyyə və texnoloji dəstəyə çox ehtiyac duyurlar. Biz iqtisadi cəhətdən inkişaf etmiş ölkələri, eləcə də beynəlxalq ictimaiyyəti bu dəyişikliklərlə mübarizə aparmaq üçün resurslarını və texnologiyalarını belə ölkələrlə bölüşməyə çağırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB