"Zəngəzur dəhlizi olmasa, Ermənistan deyilən dövlət qalmayacaq" -TÜRKİYƏLİ GENERAL AÇIQLADI

“Zəngəzur dəhlizi türk dünyası və bütün dünya üçün barışa, istiqlala, sakitçiliyə, iqtisadiyyata qatqısı olan faydalı, qısa bir dəhliz, nəqliyyat və logistika yoludur”. Bunu SİA-ya açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması bölgə üzrə iqtisadi cəhətdən ən böyük faydanı Ermənistana verəcək: “Ermənistandan Zəngilan dəhlizi keçmədiyi təqdirdə yaxın dövrdə Ermənistan deyilən bir dövlət qalmayacaq. Türkiyədə bu Zəngəzur dəhlizindən keçəcək dəmiryolu ilə bağlı tender keçirildi. Eyni zamanda Zəngəzur dəhlizindəki fəaliyyətlərlə bağlı da Türkiyə başda Azərbaycanın koordinasiyası ilə lazım olan diplomatik və siyasi əlaqələrə davam edir".

Y.Karauz bildirib ki, Zəngəzur dəhlizi olmadan Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması, Türkiyə ilə Ermənistan arasında barışın əldə edilməsi də mümkün deyil: “Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan, Ermənistan-Rusiya arasındakı barışa töhfə verəcək. Burada sadəcə Ermənistanla Rusiyanın pozulan münasibətləri və Ermənistanın Rusiyanı yox sayma cəhdləri təhdid yaradır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə