“Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq bağları çərçivəsində inkişaf edir” - MÜNASİBƏT

“Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq bağları çərçivəsində inkişaf edir” - MÜNASİBƏT

“Azərbaycan Türkiyə əlaqələri ikinci Qarabağ müharibəsindən sonra artıq rəsmi şəkildə müttəfiqlik əlaqələrinə malikdir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycan bir-birinlərini beynəlxalq müstəvidə dəstəkləyir: “Türkiyə və Azərbaycan Cənubi Qafqazda və Mərkəzi Asiyada yeni yaranan siyasi nizamda birgə hərəkət edirlər. Yəni koordinasiya ilə fəaliyyət göstərirlər. Türk dövlətləri birliyi çərçivəsində bu əlaqələr daha sıxdır. Məhz Azərbaycan və Türkiyə türk dövlətləri təşkilatının birliyinin formalaşmasına gətirib çıxaracaq birgə siyasi prosesə imza atdılar. Bu gün Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət iki xalqın milli maraqlarına, qardaşlıq tellərinin gücləndirilməsinə, iki dövlətin gələcəkdə də daha sıx müttəfiqlik əlaqələrinin qorunub saxlanılmasına hesablanmış siyasət ortaya qoyurlar. Məhz Şusa bəyannaməsinin imzalanması, onun təsdiq olunması iki qardaş, xalq arasında məhz hərbi müstəvidə əlaqələrin yeni mərhələyə çıxarılmasıdır. Ümumiyyətlə, Türkiyə-Azərbaycan əlaqələri təkcə sənədlər üzərində deyil, qardaşlıq bağları çərçivəsində də inkişaf edir. Biz bunu Türkiyənin Azərbaycana siyasi, hərbi nöqteyi-nəzərdən dəstəyində hiss edirik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmişə Azərbaycanı müdafiə edir və hər zaman yanında olub. O cümlədən, Azərbaycan Prezidenti cənab İlham Əliyev də daima Türkiyənin maraqlarını qorumaq istiqamətində addımlar atır. Bir sözlə, Azərbaycan və Türkiyə həm İslam Əməkdaşlıq Təşkilatında, BMT, Türk Dövlətləri Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də əlaqələri koordinasiyalı şəkildə inkişaf etdirirlər. İki dövlət mütəmadi olaraq hərbi təlimlər keçirir və bu hərbi təlimlər regionda sülhün və təhlükəsizliyi təmin edir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə