Delimitasiya komissiyasının iclasından gözləntilər NƏDİR? - HƏRBİ EKSPERT DANIŞDI

Delimitasiya komissiyasının iclasından gözləntilər NƏDİR? - HƏRBİ EKSPERT DANIŞDI

Xəbər verdiyimiz kimi, noyabrın 29-u və 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçirilməsi planlaşdırılır. Bəs, bu iclasdan gözləntilər nədir? SİA mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, bu sayca 5-ci iclasdır: "Müsbət tendensiya ondan ibarətdir ki, son 5 ay ərzində bu iclaslar keçirilmirdi. Lakin, sonuncu dəfə Qazaxda keçirilən delimitasiya komissiyasının iclasında kənar ölkələrdən heç kim iştirak etmirdi. Burada sırf Ermənistan və Azərbaycan tərəfi problemləri özləri çözməyə çalışırdılar".

Ədalət Verdiyev sözlərinə belə davam edib: "Fasilə bir qədər uzun çəksə də, hesab edirəm ki, bu dəfə keçirilən iclasda bir çox məsələlərə, xüsusilə də Azərbaycanın hələ də Ermənistan işğalında qalan 8 kəndinin taleyi ilə bağlı yekun qərar əldə ediləcək. Hər bir halda görüşlərin ikitərəfli formatda keçirilməsi çox müsbətdir. Çünki sülh sazişinin əldə olunması sırf Azərbaycan və Ermənistan maraqları çərçivəsində həll olunmalıdır. Kənar ölkələrin prosesə müdaxiləsi məsələni həm uzadır, həm də həmin ölkələrin özlərinin maraqlarının təmin olunması üçün müəyyən problemlər ortaya çıxarır. Odur ki, ikitərəfli görüşlərin öz coğrafiyasında, maksimum Cənubi Qafqaz sərhədləri çərçivəsində keçirilməsi çox müsbət addımdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə