"17 noyabr tarixini hər il fəxrlə qeyd edirik” - MÖVQE BİLDİRİLDİ

"17 noyabr tarixini hər il fəxrlə qeyd edirik” - MÖVQE BİLDİRİLDİ

“17 noyabr Azərbaycan üçün tarixi gündür. İlk dəfə olaraq Naxçıvanda rəsmi şəkildə Azərbaycan bayrağının qəbul edilib, dalğalandığı gündür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, həmin günlər Azərbaycan üçün həm də təlatümlü və təhlükəli günlər hesab olunurdu. Azərbaycan dövlətçiliyinin təhlükədə olduğu bir dövr idi. Təbii ki, Vətəni sevən, xalqına sədaqətlə bağlı olan və xidmət edən insanlar həmin gün siyasi səhnədə idi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün çalışırdı. Dirçəliş günü Azərbaycan dövlətinin yenidən inkişaf edib, qüvvətlənməsi üçün həmin illərin çox mühüm əhəmiyyəti var idi. Buna görə də 17 noyabr tarixini hər il fəxrlə qeyd edirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə