“Radikal müxalifət düşərgəsini təmsil edən şəxslərin ağa qara deməsi onların məkrli xislətindən irəli gəlir. Yəni, ölkədə sosial, siyasi sabitlik olanda bunların fəaliyyət dairəsi daralır. Ona görə də, onlar süni sürətdə münaqişə yaratmağa çalışırlar”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, Qarabağda genişmiqyaslı quruculuq abadlıq işləri aparılır və sakinlərimiz də öz doğma yurd-yuvalarına geri qayıdır: “Radikal müxalifət düşərgəsində olan bəzi müxalifət qüvvələrinin Qarabağda aparılan genişmiqyaslı quruculuq abadlıq işlərinə kölgə salmağa çalışmaları onların pozuculuq yolu tutduqlarını göstərir. Təbii ki, iş görülən yerdə mütləq çatışmazlıqlar olacaqdır. Bütün bu proseslərin aparılması üçün zamana ehtiyac var. Xırda qüsurlar olacaq, amma bu xırda qüsurları şişirtmək və öz maraqları üçün istifadə etmək yaxşı bir hal deyil. Təəssüflər olsun ki, müxalifət qüvvələri hər zaman olduğu kimi, bu dəfə Qarabağda aparılan işlərə kölgə salmağa çalışırlar. Bir sözlə, radikal müxalifətin bu cür hərəkətləri heç vaxt onlara başucalığı gətirməyəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB