Türkiyə MN Zəfər Gününü Azərbaycan himni ilə təbrik edib

Türkiyə MN Zəfər Gününü Azərbaycan himni ilə təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın 8 Noyabr- Zəfər Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib. SİA xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Azərbaycan türkü qardaşlarımızı təbrik edir, salamlayırıq".

Təbrikdə, həmçinin Azərbaycan Dövlət himnindən bir hissəyə də yer verilib:

"Sən olasan Gülüstan, Sənə hər an can qurban,

Sənə min bir məhəbbət, sinəmdə tutumuş məkan.

Üç rənrli bayrağınla məsud yaşa, Azərbaycan".

Bütün xəbərlər Facebook səhifəmizdə