"Ordumuz qanunsuz erməni silahlı birləşmələrini ağ bayraq qaldırmağa məcbur edib" - DSK-nın rəsmisi

"Ordumuz qanunsuz erməni silahlı birləşmələrini ağ bayraq qaldırmağa məcbur edib" - DSK-nın rəsmisi

"Vətən müharibəsindən ötən son üç il ərzində üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını və zəruri tədbirlərin həyata keçirilməsini qaçınılmaz etdi. Bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq ölkəmiz suveren əraziləri daxilində Qarabağ bölgəsində erməni silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə başladı". SİA xəbər verir ki, bu sözləri Dövlət Statistika Komitəsində 8 Noyabr - Zəfər gününə həsr olunmuş tədbirdə Aparatın rəhbəri Cabbar Musayev deyib.

O bildirib ki, antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini neytrallaşdırdı: "Bu davranış ümumilikdə ölkəmizin humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu nümayiş etdirdi. Beləliklə, 24 saatdan az müddətdə yekunlaşan lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Ordumuz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrini ağ bayraq qaldırmağa məcbur etdi. Bununla də ölkəmiz sübut etdi ki, qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik Ali Baş Komandanı var".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə