“8 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gündür” - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“8 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gündür” - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“8 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, qələbəmizin rəmzinə çevirilən, bizləri uzun illərdən sonra yenidən əziz və gözəl Şuşamıza qovuşduran bir gündür”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, hələ də xatırlayıram həmin günü, sanki dünən idi: “İnsanların üzündəki təbəssüm, hamının meydanlara axışması, ürəkdən sevinməsi hələ də gözlərimin önündədir. Biz bu qələbəni həqiqətən dövlət və millət olaraq haqq etmişdik. Çoxdan haqq etmişdik! Və bizə məlum qələbəni Ali Baş Komandanımızın əzmi, müdrikliyi, düzgün və məqsədyönlü siyasəti qazandırdı. 44 günlük müharibədə rəşadətli Ordumuz elə qəhrəmanlıq nüminəsi göstərdi ki, həmin qələbə haqda hələ əsrlər boyunca danışılacaq, yazılacaq, deyiləcək. Şəhidlərimizin ruhu şad olsun. Allah onların hər birinə qəni-qəni rəhmət eləsin. Tanrı müstəqil, güclü Azərbaycanımızı, müzəffər Ali Baş Komandanımızı qorusun.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə