Azərbaycanın Milli Müdafiə Universitetinin prorektoru təyin olunan Türkiyə Milli Müdafiə Universitetinin prorektoru prof. dr. Talat Canbolat Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı ilə görüşüb. SİA xəbər verir ki, bu barədə səfirliyin rəsmi X səhifəsində paylaşım edilib.
Bildirilib ki, tərəflər Türkiyənin hərbi tələbə yetişdirmə təcrübəsinin paylaşılması və əməkdaşlıq fəaliyyətləri barədə məlumatlar ətrafında fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB