“Bu gün sülh Azərbaycandan daha çox Ermənistana lazımdır” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Əməli nəticə olmadığı üçün biz Ermənistanın, həqiqətən də, sülh istədiyini deyə bilmərik”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, real vəziyyətdə Ermənistanın təhlükəsizlik konsepsiyası darmadağın bir vəziyyətdədir: “Ermənistanın ənənəvi müttəfiqləri ilə münasibətləri pozulub. Bu da sözügedən ölkənin nə qədər dərin siyasi, hərbi böhranda olduğunu nümayiş etdirir. Azərbaycan ordusunun mövcud mövqeləri onu deməyə əsas verir ki, bu gün sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Ermənistan daima ritorikasında sülhə dair müsbət bəyanatlara yer versə də, fəaliyyətlərində biz Ermənistanın sülh istədiyinə dair əlamətlərə rast gəlmirik. Ən azından Ermənistan hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlayır və eyni zamanda da, sülhdən danışır. Əgər həqiqətən də Ermənistan sülh tərəfdarıdırsa o zaman məğlubiyyətini birmənalı olaraq etiraf etməli, Azərbaycan ərazilərində öz qoşunlarını geri çəkməli və birgə bəyanatla üzərinə götürdüyü öhdəlikləri o cümlədən, Azərbaycanın Naxçıvanla ikitərəfli və maneəsiz bağlantısını yaradacaq Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB