MM-də Qərbi Azərbaycan toponimləri ilə bağlı dinləmə keçiriləcək
Sabah-oktyabrın 31-də Milli Məclisdə Qərbi Azərbaycan toponimləri ilə bağlı ictimai dinləmə keçiriləcək.
SİA-nın xəbərinə görə, "Qərbi Azərbaycan Toponomləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda keçiriləcək dinləmə parlamentin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə baş tutacaq.
Toplantıda Milli Məclisin Toponomiya komissiyasının üzvlərinin, Qərbi Azərbaycan İcmasının nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB