Azərbaycan QDİƏT PM-nin komitə iclaslarında təmsil olunacaq

Azərbaycan QDİƏT PM-nin komitə iclaslarında təmsil olunacaq

Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) komitə iclasları keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildiriblər ki, iclaslarda Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Parlamentin Hesablayıcı Komissiyasının sədri Eldar Quliyevin rəhbərlik etdiyi heyətin tərkibində deputatlar Jalə Əhmədova və Ramin Məmmədov yer alıblar.

Səfər çərçivəsində QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Jalə Əhmədova Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin, deputat Ramin Məmmədov isə Texnoloji və ekoloji məsələlər üzrə komitənin iclaslarında iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə