“Qərbi Fələstində ölən yüz minlərlə müsəlmanın taleyi narahat etmir” - MÜNASİBƏT
“Makron HƏMAS-a qarşı mübarizəyə başlamaq üçün beynəlxalq koalisiya yaratmağı təklif edib. Bu, bir daha Fransanın dağıdıcı mövqedə olduğunu göstərir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Qərbin terror təşkilatlara qarşı mübarizədə birləşdiyi beynəlxalq koalisiyanın dağıtdığı Liviya, İraq və Suriya bu gün də özünə gələ bilmir: “Qərbin terrora qarşı koalisiyası dinc və firəvan həyatını yaşayan müsəlman ölkələrini cəhənnəmə döndərib. O ölkələrin insanlarına qarşı kütləvi soyqırımılar həyata keçirilmiş, doğma yurdlarından qaçqın salınmış və faciəli ağır həyata sürükləmişdir”.
Azər Badamov onu da bildirib ki, Fransa və Qərbi Fələstində ölən və yarlanan yüz minlərlə müsəlmanın taleyi narahat etmir: “Fransanın HƏMAS terror təşkilatına qarşı mübarizə adı altında bütün müsəlmanların məhvinə çağırış etməsi bu ölkənin əsil islamofob və antisemitist niyyətinin göstəricisidir. Əgər Fransaya terrorla mübarizə maraqılı olsaydı on illər boyu Azərbaycana qarşı terrorlar və soyqırımılar törədən Ermənistanı yenidən silahlandırmazdı. Fransanın əli harda varsa orda sülh heç vaxt olmur, müharibələr və günahsız dinc insanların faciələri davam edir. Yaxşı olardı ki, dünya birliyi müharibəni dəstəkləmək əvəzinə İsraillə Fələstini sülh danışqlar masası arxasına dəvət etsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB