“Dövlət başçısının verdiyi tapşırıqlar qulağa sırqa olmalıdır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Dövlət başçısının verdiyi tapşırıqlar qulağa sırqa olmalıdır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Yeni təyin edilmiş Samux rayon icra hakiminə uğurlar arzu edirəm. Cənab Prezident ona etimad edib, yəqin ki, bu etimadı doğruldacaq. Prezident hər zaman icra başçılarını təyin etdikdə onlarla söhbət aparır, xalqa xidmət etmələri barədə tapşırıqlar verir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, dövlət başçısının verdiyi tapşırıqlar qulağa sırğa olmalıdır: “Çünki bir sıra icra hakimiyyəti başçıları haqqında mənfi rəylər çoxluq təşkil edir və müvafiq şəkildə məsuliyyətə cəlb olunurlar. Ümid edirik ki, yeni təyin edilən icra başçıları düzgün işləyəcəklər.

Rayon icra hakimiyyətləri əvvəl bütün rayonun işlərinə cavabdeh idisə, hazırda regionlar idarələr mövcuddur. Yəni, aparılan islahatlar nəticəsində icra hakimiyyətlərinin fəaliyyətləri məhdudlaşdırılıb. Hesab edirəm ki, dövlət başçısının kadr siyasəti doğru amillər üzərindədir. Hazırda kadr siyasətində həm də keçid dövrüdür. Bütün aparılan işlər isə birbaşa xalqın firəvan yaşayının təmin edilməsi üçündür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə