Samuxun icra başçısı işdən çıxarılıb

Samuxun icra başçısı işdən çıxarılıb

Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə