“İstintaq prosesinin gedişinə müdaxilələr yolverilməzdir" - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“İstintaq prosesinin gedişinə müdaxilələr yolverilməzdir" - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Qubad İbadoğlunun barəsində kifayət qədər ciddi ittihamlarla həbs qəti imkan tədbiri seçilib”. Bunu SİA-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, hazırda da istintaq prosesi aparılır: “Bu prosesin gedişində Tofiq Yaqublu və digərləri tərəfindən hər hansı bir etiraz aksiyasının keçirilməsi heç bir halda qəbul edilə bilməz. Bu şəxslərin özündə çox gözəl başa düşürlər ki, bu cür etiraz aksiyaları keçirməklə nümayişkəranə sürətdə guya Qubad İbadoğlunu dəstəkləməklə nəyəsə nail olmaq mümkün deyil. Bir sözlə, bu əslində istintaqa təzyiq kimi qiymətləndirilə bilər və heç bir halda Qubad İbadoğlunu özünə də kömək edə biləcək bir yanaşma deyil.

Əslində əgər ciddi arqumentlər varsa Qubad İbadoğlunun müdafiəsinə hazırlaşılmalı və həmin ciddi arqumentləri məhkəmə prosesində təqdim etməklə onun müdafiəsinə hansısa bir töhfə verilməsinə çalışmaq daha doğru düzgün yol ola bilər. Bu cür aksiyaların keçirilməsi isə istintaq dövründə populizmdən başqa bir şey deyil. Yəni bu adamların özlərini hansısa bir formada cəmiyyətə guya radikal müxalifət qismində təqdim etmək istəkləridir ki, bu da populizmdən başqa bir şey deyil və heç bir halda da qəbul edilə bilməz. Əksinə istintaq orqanı tərəfindən istintaqa təzyiq vasitəsi kimi qəbul edilməklə bu adamların özləri barəsində hüquqi müstəvidə hansısa addımların atılmasına səbəb ola bilər. Əsasən proses məhkəmə prosesidir və məhkəmə prosesində tərəflərin arqumentləri ortaya qoyulur. Eləcə də Qubad İbadoğlunun müdafiəsini təşkil etmək istəyən istər ictimai sektor, istərsə də vəkilləri arqumentlərlə çıxış etməli və irəli sürülən ittihamların əksini ifadə etməklə onun müdafiəsini təşkil edə bilərlər ki, bu daha doğru, düzgün variantdır. Amma istənilən halda istintaq prosesinin gedişində bu cür müdaxilələr yolverilməzdir və təbii ki, qınanılmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə