"Əgər təzyiq aşağı salınmazsa qlobal müharibə qaçılmaz olacaq" - MÜNASİBƏT BİLDİRİLDİ
"Əlbəttə ki, İsrail-Fələstin münaqişəsinin daha da alovlanması riski var. Hazırda İsrailin Qəzzaya qarşı yerüstü əməliyyatlara başlamaq planları var idi. Bu plan ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənir. Əsas rolu elə ABŞ və Böyük Britaniya oynayır. Livan və İran da açıq şəkildə bildirib ki, əgər Qəzzaya qarşı yerüstü əməliyyatlar başlasa, onlar da münaqişəyə qoşulacaq. Bu halda müharibə daha da kəskinləşə bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi analitik Turab Rzayev deyib.
Onun sözlərinə görə, digər tərəfdən Rusiya da bu münaqişə ilə bağlı açıqlama verib: "Rusiya bildirib ki, hadisələrin kontroldan çıxma ehtimalı var. Eyni zamanda, Türkiyə bölgəyə bir hərbi gəmi göndərib. Qardaş ölkə də Qəzzanın bombardman edilməsinin əleyhinədir və ölkələri sakitliyə çağırır. Həmçinin, Çin də Rusiya və İran blokuna qoşulub. Çin açıq şəkildə İranı dəstəkləyir və Rusiya ilə ittifaq halında hərəkət edir. Qərb ölkələri Rusiya və İran mövqeyindən uzaqlaşmaq üçün çağırışlar ediblər".
"Bütün bunlar onu göstərir ki, dünyada İsrail-Fələstin məsələsində ciddi bir bloklaşma var. Bu bloklaşma bölgə üçün göründüyündən daha ciddi təsirlərə malik ola bilər. Ola bilər ki, müharibə eskalasiya etsin. Bunun nəticəsində Misir, İordaniya və Suriya kimi dövlətlər də müharibəyə qoşula bilər. İsrail müharibənin arealını müəyyən qədər Fələstin ərazisindən çıxarıb. Düşünürəm ki, bölgə böyük bir barıt çəlləyini xatırladır. Əgər təzyiq aşağı salınmazsa, bu, qlobal müharibəyə çevrilə bilər",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB