"Gültəkin Hacıbəyli xalqı gerizəkalı hesab edirsə..." - MÜNASİBƏT BİLDİRİLDİ

"Gültəkin Hacıbəyli xalqı gerizəkalı hesab edirsə..." - MÜNASİBƏT BİLDİRİLDİ

"Əvvəla hər bir cəmiyyətdə rəqabət olmalıdır ki, cəmiyyət inkişaf etsin. Gərək Gültəkin Hacıbəyli "Torpağımız işğaldan azad olunandan sonra müxalifətə ehtiyac yoxdur" deyənlər ya özləri gerizəkalı olmalıdır, ya xalqı gerizəkalı hesab edirlər" fikrinin kimə aid olmasını açıq şəkildə deyə. Amma mən bir xanıma yaraşdırmıram ki, kimlərisə gerizəkalı adlandırsın". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Cümşüd Nuriyev sözlərinə belə davam edib: "Xalq gerizəkalı ola bilməz. Əgər Gültəkin Hacıbəyli xalqı gerizəkalı hesab edirsə, o zaman onun özü də gerizəkalıdır. Xalqın içində hər tip insan ola bilər.

Torpaqlar azad olunduqdan sonra cənab Prezident İlham Əliyevi ittiham edən elə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri idi. Guya biri qulağını, digəri ayağını, o biri də başını kəsirdi. Heç nə də etmədilər. Torpaq da alındı və oktyabr ayının 15 dən Azərbaycan Bayrağı Xankəndidə dalğalanır.

Gərək siyasətçilər danışanda bir az uzaqgörən olsunlar. Cəmiyyətə müxalifət lazımdır, amma konstruktiv müxalifət. Yoxsa ancaq dağıdıcılıqla məşğul olan destruktiv müxalifət heç bir cəmiyyətə xeyir verməyib və verməyəcək"

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə