“Bizim heç kimin haqqında gözümüz yoxdur” - KKTC prezidenti

“Bizim heç kimin haqqında gözümüz yoxdur” - KKTC prezidenti

“Təxminən 200 nəfərlik heyətlə qardaş Azərbaycandayıq. Burada bir neçə sahədə görüşlərimiz oldu”. SİA xəbər verir ki, bu sözləri Bakıda media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında Şimali Kipr Türk Respubkikasının (KKTC) prezidenti Ersin Tatar deyib.

Ersin Tatar sözlərinə belə davam edib: “Düşünürük ki, biz birlikdə güclüyük. Bizim heç kimin haqqında gözümüz yoxdur, haqqımız olanı almağa çalışırıq. Burada verdiyimiz mesajları bütün soydaşlarımız, eyni zamanda qarşı tərəfdə dinləyir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə