“Keçmiş məcburi köçkünlər öz elinə, obasına, yurduna qayıdır” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Keçmiş məcburi köçkünlər öz elinə, obasına, yurduna qayıdır” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Bu gün daha bir qrup keçmiş məcburi köçkünlər öz elinə, obasına, yurduna qayıdır”. Bunu SİA-ya açıqlamasında Mətin Məmmədli deyib.

Onun sözlərinə görə, 30 ilə yaxın müddət ərzində öz evindən, obasında didərgin düşmüş və məcburi köçkün həyatı yaşamış insanların yenidən öz evlərinə, yurdlarına qayıtmasının çox böyük tarixi mənəvi əhəmiyyəti var: “Biz bu gün illərlə gözləmişik. Allaha şükürlər olsun ki, ordumuzun, dövlətimizin və Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində biz bu günlərə şahidlik edirik. Hesab edirəm ki, qarşıdakı illərdə Qarabağa köç prosesi daha da intensivləşəcək və bütövlükdə Qarabağın hər yerində vaxtı ilə yaşamış insanlar bir daha Qarabağda yaşayacaqlar. Bildiyimiz kimi, 30 illik dövr ərzində Ermənistan bu torpaqları işğal etməklə həm də dağıdıb, talan edib. Vaxtı ilə dağıdılmış və talan edilmiş yerlərin bərpası işləri həyata keçirilir və insanlar öz evlərinə qayıdırlar. Bu hal çox qürurvericidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə