"Qarabağdakı zəfər Azərbaycanı daha da gücləndirib" - Ersin Tatar
"Bu ziyarətimin xeyirlərə vəsilə olmasına ümid edirəm. Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan arasındakı münasibətlərin, könül bağının və sevginin daha da möhkəmlənməsi üçün bu səfərin önəmli olduğunu düşünürəm". SİA xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib.
"Şimali Kipr hələ də bir mübarizə içərisindədir. Xalqımız qarşısında təkcə iqtisadiyyatda deyil, mədəniyyətdə, idmanda və digər sahələrdə də maneələr çıxarırlar. Lakin biz tükənmədən, yorulmadan Şimali Kipr mədəniyyətini, təhsilini tanıtmağa davam edirik. Bilirik ki, bizlər çox acılar çəkərkən sizlər də azadlığınız üçün çox mübarizə aparmısınız. Onu da qeyd etmək istəyirəm ki, Qarabağdakı zəfər Azərbaycanı daha da gücləndirib",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB