Qərbi Azərbaycanlılar Ermənistan vətəndaşlığı üçün müraciət etməlidir
Milli Məclisdə Qərbi Azərbaycandan olanların Ermənistan vətəndaşlığı üçün müraciət edilməsi təklif olunub. SİA xəbər verir ki, bu təkiliflə Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasında deputat Fazil Mustafa çıxış edib.
Fazil Mustafa bildirib ki, Azərbaycan konstitusiyasına görə, Azərbaycan torpağında doğulan şəxslər ölkənin vətəndaşı sayılır: "Bununla bağlı onlar müraciət etməlidirlər. Bundan başqa 300 minə yaxın soydaşımız Ermənistandan qaçqın düşüb. Buna görə də Qərbi Azərbaycandan olan soydaşlarımız Ermənistan vətəndaşı üçün müraciət etməlidir. Bu, bizim diplomatiyamızda uğurlu addım olacaq. Ümid edirik ki, bundan sonra yeni dövr başlayar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB