Azərbaycanın hərbi qüvvələri Dağlıq Qarabağ bölgəsinə addım-addım daxil olarkən, görünən odur ki, indi burada erməni işğalı üçün son pərdə açılıb. Sovet İttifaqının dağılmasından sonra Ermənistanın Qarabağdakı erməni əhalisi vasitəsilə bölgəni işğal etməsinin üzərindən 30 ilə yaxın vaxt keçərkən, 2020-ci ilin sentyabrında 2-ci Qarabağ müharibəsi baş verdi və bu dəfə ermənilər məğlub oldular. İndi Azərbaycan ordusu antiterror əməliyyatına başladı və 2020-ci ildə başladığı prosesi başa çatdırdı.
Qarabağın hekayəsi Sovet İttifaqının dağılmasından dərhal sonraya gedib çıxır. Ermənistanın Qarabağda erməniləri qorumaq üçün 1988-ci ilin fevralından 1994-cü ilin mayına qədər başladığı müharibə Qarabağ bölgəsinin işğalı və oradakı ermənilərin müstəqil dövlət iddiası ilə nəticələndi. O zaman Rusiyanın ermənilərə dəstəyi həlledici idi. Müharibə zamanı azərbaycanlılara qarşı ciddi qırğınlar yaradılması qarşısında beynəlxalq ictimaiyyət susmağa üstünlük verdi. Təbii ki, bu susqunluqda erməni lobbilərinin ciddi təsiri oldu. Lakin regionda qüvvələr balansının dəyişdiyi konyukturada Azərbaycan nəhayət, 2020-ci ilin sentyabrında işğal altındakı torpaqlarını azad etmək üçün hərəkətə keçdi.
2020-ci il sentyabrın 27-də baş vermiş Dağlıq Qarabağ müharibəsi 2-ci Qarabağ müharibəsi adlandırıldı və Azərbaycanın mütləq üstünlüyü ilə nəticələndi. Təbii ki, burada Azərbaycanın strateji tərəfdaşı və əsas müttəfiqi olan Türkiyenin yüksələn hərbi gücə çevrilməsi ciddi təsir göstərdi. Türkiye Ordusu ilə Azərbaycan Ordusu arasında təcrübə mübadiləsi və güclənən Türkiye Müdafiə Sənayesi imkanlarından Azərbaycan üçün səxavətlə istifadə olunması da nəticəyə sürətləndirici təsir göstərdi. Sentyabrın 27-də başlayan qarşıdurmalar təxminən 44 gün davam edərkən, Azərbaycan Ordusunun texniki üstünlüyü və təlimi, SİHA-lara əsaslanan yeni Türk Hərbi Doktrinasının sahədəki təsirilə erməni qüvvələr qısa müddətdə məğlub oldular. Burada Ermənistan daxilində yaşanan güc mübarizəsinin və Paşinyanın Rusiya ilə yaşadığı problemləri də ermənilərin zəifləməsinə ciddi təsir göstərdi. Nəticədə Azərbaycan Ordusu Dağlıq Qarabağın bir çox rayonlarını, o cümlədən Şuşanı işğaldan azad etdi və Laçın dəhlizi üzərindən Ermənistanla Qarabağ arasındakı ərazini nəzarətə götürdü. Lakin ermənilərin sülh müqaviləsinin tələblərini yerinə yetirməməsi, bölgədəki silahlı fəaliyyətləri, terror aktları və sazişin tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılmaması səbəbindən Azərbaycan ordusu yenidən hərəkətə keçdi və hərbi əməliyyatlara başladı.
Hərtərəfli hərbi əməliyyat cəmi 24 saat davam etdi və bu əməliyyatla bölgədə qalan erməni qüvvələri darmadağın edildi. Paşinyanın da dəstək verməməsi səbəbindən müqaviməti davam etdirə bilməyəcəklərini gördülər və təslim olmağa məcbur qaldılar. İndi Azərbaycan ordusu Qarabağda addım-addım tam üstünlük əldə etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri bölgəni tamamilə tərk edir. Beləliklə, Azərbaycan 30 ildən artıqdır ki, işğal altında olan torpaqlarını azad edir.
Paşinyanın rəhbərliyi altında Ermənistanın qarşısında iki yolu var. Ya Türkiye və Azərbaycanla problemlərini masa arxasında razılaşaraq həll edəcək, həm iqtisadi, həm də siyasi baxımdan qonşu ölkələrə qoşularaq rifahdan payını alacaq, ya da münaqişəni davam etdirərək ölkənin itirməsinə gətirib çıxaracaq. Asimmetrik baxımdan tam zəifləmiş və küncə sıxışmış Ermənistanın birinci varianta üz tutması ehtimalı daha yüksək görünür. Lakin Ermənistan daxilindəki güc balansı və münaqişənin bu siyasətə imkan verib-verməyəcəyini proqnozlaşdırmaq asan deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
DİQQƏT: Sabahdan hava pisləşir? - QURUM RƏSMİSİ
Sosial 15:58Sırğa: Qadın, yoxsa kişi aksessuarı? - VACİB FAKTLAR
Maraqlı 15:57Aktrisa Serenay Sarıkayanın doğum günüdür - FOTOLAR
Şou-Biznes 15:52Türkiyədə zəlzələ olub
Dünya 15:39Milli Məclisin deputatı ATƏT PA-nın Komitə sədri seçilib
Siyasət 15:27"Zirə" yeni futbolçu transfer edib
İdman 15:16DİQQƏT: Artıq "Telegram"da bu funksiyalar var
Texnologiya 15:12İlham Əliyevin Şavkat Mirziyoyevlə təkbətək görüşü olub
Siyasət 15:02Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
İqtisadiyyat 14:50Yekaterinburqda daha bir nəfər həbs edilib
Hadisə 14:35Energetika naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
İqtisadiyyat 14:33Acun ilk dəfə hakim qarşısına çıxdı
Şou-Biznes 14:30Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
İqtisadiyyat 13:50Qazaxıstanın Baş naziri Xankəndiyə gəlir
Siyasət 13:14Rusiyada 5,2 bal gücündə zəlzələ oldu
Dünya 13:13DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Siyasət 12:50Sabah hava küləkli olacaq
Sosial 12:38“Üfüq” müsabiqəsinin qaliblərinin adları açıqlanıb
İqtisadiyyat 12:36“Neftçi” iki yeni futbolçu ilə anlaşıb
İdman 12:35“Qarabağ” Avstriyaya yollandı
İdman 12:26İvan Rakitiç “Zirə” ilə matçlarda oynamayacaq
İdman 12:10Şimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
Siyasət 12:08Şuşada 6-cı ECO biznes-forumu keçirilir
Sosial 11:16Mirziyoyev Azərbaycana yola düşdü
Siyasət 10:50Ötən gün 2 tondan artıq çətənə kolu məhv edilib
Hadisə 10:43Ziyəddin Səfərov OMON-çuların maşınında ölüb
Hadisə 10:39Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:27Pezeşkianın Azərbaycana gələcəyi təsdiqləndi
Siyasət 10:20Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:37Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
İqtisadiyyat 09:01Defne Samyeli 53 yaşını qeyd edib - FOTOLAR
Şou-Biznes 08:40Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
Sosial 08:21Özəl xəbərlər
Digər xəbərlərDİQQƏT: Sabahdan hava pisləşir? - QURUM RƏSMİSİ
Sosial 15:58Sırğa: Qadın, yoxsa kişi aksessuarı? - VACİB FAKTLAR
Maraqlı 15:57
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 2,0054
+0,09%
-
GBP 2,3364
+0,02%
-
RUB 2,1663
-0,20%