Bundan sonra “artsax” haqqında ancaq tarix kitablarında oxuyacaqsınız
...Qarabağın Mets Şen kəndi də tamamilə boşdur: 80 kənd sakini artıq evlərini tərk edib.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, icmanın rəhbəri David Davidyan deyir ki, dünən o, doğma kəndini ən sonuncu tərk edib.
Onun sözlərinə görə, azərbaycanlılarla qalıb yaşamaq guya mümkün deyildi.
“...Hər şeyi qoyub bir maşınla yola düşdük. Mal-qara, arı pətəklərini, dolanışığı, hər şeyi qoyub getdik... Bu sondur, “artsax” həmişəlik əldən getdi, biz onu itirdik, “satdıq”. Ana Ermənistan öz övladına xəyanət etdi. Halbuki heyvanlar aləmində belə olmur. Bundan sonra “artsax” haqqında ancaq tarix kitablarında oxuyacaqsınız. İndi gözləyin, növbəti Sünik olacaq”.
Qeyd edək ki, bunu erməni icma rəhbəri bildirib.
Amma Davidyan, nədənsə, indi erməniləri Mets Şen dediyi “doğma kəndinin" vaxtilə azərbaycanlılara məxsus Böyük Qaladərəsi olduğu barədə bir kəlmə də olsun danışmır. Təbii ki...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB