"Azərbaycan tam olaraq öz suveren torpaqlarını işğaldan azad edib. Problemlər həll olunur. Bundan sonra Ermənistanın başında Nikol Paşinyan, yaxud başqa "yan" olacağının sözün açığı bizə nə istisi, nə də soyuğu var". Bu sözləri SİA-ya deputat Rüfət Quliyev "Milli Şura"nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin "Düşmən də olsa, haqqını vermək lazımdır. Ölkəsini və Qafqazı gerçək azadlıq və demokratiyaya qovuşdurmaq üçün hər şey edir. Dirən, Paşinyan, dirən!" fikrinə münasibət bildirərkən deyib.

Rüfət Quliyev sözlərinə belə davam edib: "Bizə maraqlı olardı ki, ilin axırına qədər sülh müqaviləsi bağlansın, delimitasiya və demarkasiya olsun və məsələ bununla da bitsin. Erməni xalqı kimi seçərsə, özü bilər. Biz nə sola, nə də sağa baxırıq. Biz cənab Prezidentimizin apardığı yolla gedirik. Ona görə Gültəkin Hacıbəyli nə deyir, özü bilər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB