Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib. SİA xəbər verir ki, yanacaqla dolu 2 nəqliyyat vasitəsi hazırda açıq olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda yanacaq daşıyan avtomobillər Xankəndi istiqamətində hərəkət edir.

Yanacaqın ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.

Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə